BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda gənci bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə tanışını bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanlımın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara, əsasən, onun kassasiya şikayəti təmin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə 2021-ci ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.


Belə ki, 1995-ci il təvəllüdlü Fərman Əsədov Fərman yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri C.Aslanlı F.Əsədova bıçaq zərbələri vurub.


Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 11 Mart 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin