BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəm qazından boğularaq ölən qazinin qohumu və tanışı da zəhərlənibmiş

Goranboyda dəm qazından boğularaq ölən şəxsin qohumu və tanışı da zəhərlənibmiş

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 10-u səhər saatlarında Goranboy şəhərində yerləşən mənzillərin birində qeydə alınıb.

 

Belə ki, Qəbələ sakini, 1994-cü il təvəllüdlü Əliyev Maqsud Yulət oğlu rayon ərazisində kirayə götürdüyü mənzildə dəm qazından zəhərlənərək ölüb.

 

Bundan başqa, onun bibisi oğlu, 2001-ci il təvəllüdlü Samir Məmmədli və tanışı, 1995-ci il təvəllüdlü Gülnar Məmmədli dəm qazından zəhərlənib. Bu səbəbdən hər iki şəxs rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd: Maqsud Əliyev Vətən müharibəsinin iştirakçısı olub. O, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində gözündən yaralanıb.

 

Maqsud Əliyev ailəli olub, iki övladı var.

 

Hadisə zamanı Maqsud Əliyevin ailə üzvləri Qəbələdə olub.

 

Kamal Məmmədov

Tarix: 11 Mart 2023, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin