BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “Nasir Kənaniyə bir daha xatırlatmaq lazımdır ki…”

“Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin “İran şəhəri”, Nizami Gəncəvinin fars şairi olduğunu iddia etməsi ölkəmizə qarşı növbəti təxribatdır. Bu yanaşmanın haradan və nədən qaynaqlandığını yaxşı bilirik. Ancaq Nasir Kənaniyə bir daha xatırlatmaq lazımdır ki, Gəncə şəhəri İranda yox, Azərbaycanda yerləşir və bu cür təxribatlarla nə tarixi həqiqətləri, nə də Azərbaycanın haqq mövqeyini dəyişmək mümkün deyil. İranın bütün cəhdlərinə baxmayaraq artıq dünya Nizamini Azərbaycan şairi və böyük din alimi kimi qəbul edib”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bakıda X forumunu keçirir:

 

“Bu Mərkəz artıq dünyanın bir çox tanınmış siyasətçi və şəxsiyyətlərini öz ətrafına toplayıb. Mərkəzin hər il keçirdiyi forumlarda dünyamızı narahat edən bir çox qlobal məsələlər və onların həlli yolları araşdırılır. Azərbaycan dünyamızı narahat edən qlobal məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilib. Bəlkə, İranı həm də bu narahat edir? İran hər zaman olduğu kimi bir tərəfdən dostluq və qardaşlıqdan danışır, digər tərəfdən ölkəmizə qarşı təxribatlarını davam etdirir. Bu yanaşma dəyişməlidir. İran artıq tam ifşa olunub. Ona görə bu siyasətin dəyişməsinin zamanı çatıb. Azərbaycanın nə istədiyi məlumdur, mövqeyi prinsipial və qətiyyətlidir. Biz İranın nə istədiyini də bilirik. Ancaq İran tərəfi də bilməlidir ki, həmin məqsədə və hədəfə nail ola bilməyəcək. Ona görə yanaşmasını dəyişməlidir”.

Tarix: 11 Mart 2023, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin