BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Bakıda baş verən atışmadan danışdı: “İnanmıram ki, bu, daxili sabitliyi pozmağa cəhd olsun...”

“Ötən gün Bakının mərkəzində baş verən atışmanın hansı zəmində olduğu ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yəqin ki, bu barədə rəsmi məlumatı olacaq. Bundan sonra hadisənin törədilmə səbəbinin nə olduğunu biləcəyik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

“Mən də insident haqda saytlardan oxudum. İnanmıram ki, bu, daxili sabitliyi pozmağa cəhd olsun. Sadəcə cinayət hərəkətidir. Günahkarlar da cəzalarını  alacaqlar. Rəsmi dövlət qurumlarının məlumatı olmasa, bir şey deyə bilmərəm, buna səlahiyyətim də yoxdur”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 11 Mart 2023, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin