BURADA REKLAMINIZ OLA
BİLƏR

Oksana Rəsulovadan Naxçıvanda keçirilən görüşlə bağlı REAKSİYA

Tanınmış rəqqasə, aktrisa Oksana Rəsulova "Naxçıvan" Universitetində “Həmsöhbət” layihəsinin ilk qonağı olub,  “Bloqerlik və incəsənət” mövzusunda çıxış edib. Onun universitetə dəvət olunması birmənalı qarşılanmayıb, universitet rəhbərliyi ictimaiyyət tərəfindən ciddi tənqid edilib.

 

Pravda.az-ın əməkdaşı səslənən fikirlərlə bağlı Oksana Rəsulovanın mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb.

 

O.Rəsulova tənqidlərlə bağlı susmağı üstün tutub:

 

“Yeganə xanıma zəng edin, “press-sekretarım” odur, o cavab verəcək…”, - deyərək sualları cavabsız qoyub.

 

Əməkdaşımızı yönləndirdiyi Yeganə xanım isə belə cavab verib:

 

“Bununla bağlı açıqlama olmayacaq. Oksana xanım bu barədə heç nə danışmayacaq. Mühazirənin mövzusunu da özü “İnstagram” səhifəsində yazıb. Oksana xanımı universitet rəhbərliyinin özünün dəvət edib-etmədiyini bilmirəm, heç nə deyə bilmərəm”.

 

Aytəkin Qardaşova

Tarix: 11 Mart 2023, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin