“Mən də saytlarda oxudum, yazırlar ki, guya dünən Bakıda baş verən atışmada yaralananlar arasında mənim bacım oğlu da olub. Təbii ki, yalan söhbətdir. Bacım oğlu o insidentdə iştirak etməyib. Bəzi saytlar xəbərin oxunması üçün bundan istifadə edir. Bizim Şeyxülislam həzrətlərinin şəkillərini qoyub, onun ətrafında belə yazılar yazmaq öz-özlüyündə düzgün məsələ deyil. Yenə də deyirəm, belə bir şey yoxdur, yalan informasiyadır. Ola bilsin, kimsə tərəfindən düşünülmüş şəkildə həyata keçirilib və saytlara buraxılıb. Bacım uşaqlarının heç biri o hadisədə iştirak etməyib, ola da bilməz...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat silahlı insidentin ölkə daxilində sabitliyi pozmaq məqsədilə törədildiyi barədə yayılan xəbərlərə də münasibət bildirib: “Bir sıra saytlarda “vorzakon”lar, yaxud xaricdə olan insanlar barədə xəbərlər paylaşılması, təriflər yağdırılması gənclərə pis örnək ola bilir. Bəzi gənclərimizin özlərini elələrinə oxşatması müəyyən qədər dövlətimizin apardığı siyasətə təsir göstərir. İstəməzdim ki, belə insanların reklamı getsin, onlar haqqında fikirlər yönəldilsin. Təbii ki, savadı olmayan, həyatda öz yerini tapa bilməyən gənclərimiz ətrafdan səslənən “sən beləsən, eləsən” fikirlərinə inanıb, özünü bir şey sanır. Nəticədə, belə yollara əl atır, narkotik və bu tərkibli dərmanların satışında da iştirak edir. Dövlətin güc strukturları hər gün narkotik satışı ilə bağlı faktları üzə çıxarır, narkotiklə məşğul olan insanlar həbs edilir. Dövlət tərəfindən bunun qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Lakin xarici gücün də təsiri böyükdür. Qonşu ölkələrdən narkotik məhsulların gətirilməsinə şərait yaratmaq, gənclərimizin müəyyən dərəcədə buna uyması, təbii ki, bütün dünyada olduğu kimi bizdə də problemdir. Narkotiklə məşğul olan insanlar maddi vəsaitləri olmadıqda min yola əl atırlar. Evdə ailələrinin olan-qalan əşyalarını satırlar. “Bravo”da baş verən insidenti törədən gəncin simasını görəndə, vallah, deməzdim ki, o insan terrorçu ola bilər, adam öldürə, pislik edə bilər. Deməli, narkotikə qurşanan gənclərimizin hərəkətləri onların simasından asılı deyil. Özlərindən asılı olmadan hər hansı hadisə törətməyə qadirdirlər. Fürsətdən istifadə edib, gənclərimizə pis vərdişlərdən uzaq olmalarını, dövlətimizin apardığı siyasətə zərər verməmələrini tövsiyə edirəm. Gənclərimiz böyük işlər görüblər. 44 günlük müharibədə neçə-neçə şəhid vermişik. Şəhidlərimizin adlarına xələl gətirilməməlidir. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın qarşıda böyük hədəfləri, görəcəyi işlər var. Dövlətimizin müstəqilliyi, gələcəyi gənclərimizdən asılıdır. İstərdim ki, onlar sağlam həyata, sağlam ruha malik olsunlar, dövlətimizin keşiyində dursunlar”.
Aytəkin Qardaşova
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
Ən son xəbərləri səhifəmizdən də izləyin