BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıya qəhrəman şəhər adı verilsin - TƏKLİF

“Bakı şəhərinə qəhrəman şəhər adının, Yusif Məmmədəliyevə Nobel mükafatı verilməsi məsələsi gündəmə gətirilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov deyib.

 

O bildirib ki, yubiley medalı eyni zamanda dünyasını dəyişən şəxslərə də verilsin: “Yusif Məmmədəliyevin rəhbərliyi altında yüksək oktanlı yanacaq ixtira olunub və qırıcı təyyarələrdə bu yanacaqlardan istifadə olunub. Azərbaycanlılar nefti ilə, qanı ilə, canı ilə faşizmə qarşı müharibədə həlledici rol oynayıb”.

Tarix: 9 Aprel 2020, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin