BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq prorektorun oğlu yenidən məhkəmə qarşısında

Bakda dələduzluqda və quldurluqda təqdirləndirilən Raul Əhmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlunata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 15-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raul Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib və o, narkotik istifadəçisi olduğu üçün məcburi müalicəyə göndərilib. 

 

İttihama görə, Raul Əhmədov tanışından dərman almaq adı ilə 200 manat alıb, qaytarmayıb. Həmçinin  Sumqayıtda taksi sürücüsündən telefonunu alaraq qaçıb. Raul Əhmədov bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bir müddət sonra amnistiyaya düşərək azadlığa çıxıb.

 

O, dələduzluq etdiyini etiraf etsə də, quldurluq etməsini təkzib edib: “Dərman almağa ehtiyacım olduğu üçün pul aldım. Telefonu alanda isə qaçmadım, sadəcə, alıb qaytarmadım”.

 

Xatırlatma: Raul Əliyev Sumqayıt Dövlət Universitetinin sabiq prorektoru Şakir Əhmədovun oğludur.

 

Kamal Məmmədov

 

 

Tarix: 13 Mart 2023, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin