BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sürücünün ölməsi nəticəsində baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub

Bakıda sürücünün ölməsi nəticəsində baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 13-ü saat 00:15 radələrində paytaxtın Nizami rayonu, Babək prospekti 23/23 ünvanında qeydə alınıb.

 

Belə ki, Qazıbəyov Elçin Aydın oğlu idarə etdiyi “Honda” markalı avtomobillə ağaca və yolun kənarında dayanmış şəxslərə dəyib. Bu səbəb sürücünün ürəktutmadan qəfil ölməsi olub. Nəticədə Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb, Elçin Qazıbəyov isə hadisə yerində ölüb.

 

Fakla bağlı Nizami Rayon Polis İdarəsində  araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 13 Mart 2023, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin