BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq icra başçısının köməkçisinin intiharını araşdırır

Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısının köməkçisi Rauf Mehdiyevin intihar etməsinin səbəblərinin araşdırılmasına başlanılıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, artıq Suraxanı rayon prokurorluğunda araşdırma aparılır: “Onun nə səbəbdən intihar etdiyi məlum olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”

 

Qeyd: Nizami RİH başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu martın 12-də gecə saatlarında özünü asaraq intihar edib.

 

R.Mehdiyev 2021-ci ildən Nizami RİH başçısının köməkçisi vəzifəsində çalışırdı. O, sabiq icra başçısı Arif Qasımovun dövründən köməkçi vəzifəsində işləyirdi və hazırki icra başçsı Coşqun Cəbrayılovun da köməkçisi idi.

 

Kamal Məmmədov

Tarix: 13 Mart 2023, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin