BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirvan ŞİH: İməclik sakinlərin könüllü iştirakı ilə keçirilib, məcburiyyətdən söhbət gedə bilməz

Şirvan Şəhər İcra Hakimiyyəti (ŞİH) “İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdi” başlıqlı xəbərə münasibət bildirib.

 

Pravda.az-a daxil olan məlumatda deyilir:

 

“11 mart 2023-cü il tarixdə elimizin adət-ənənələrinə uyğun olaraq, bahar fəslini “Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə Şirvan şəhər ərazisində ümumşəhər iməcliyi təşkil olunub. İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər.  Hər bir müəssisənin əməkdaşları həmin müəssisənin xidməti ərazisinin təmizlənməsində iştirak edib. İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib. Ona görə də heç bir məcburiyyətdən söhbət gedə bilməz. Ümumşəhər iməcliyi barədə 11 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb. İnternet saytlarından əsassız, böhtan xarakterli məlumatların paylaşılmaması xahiş olunur”.

Tarix: 13 Mart 2023, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin