BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyar Hüseynli: ““Surroqat ana” İslam dinində birmənalı haramdır”

Xəbər verdiyimiz kimi, Milli Məclisin üzvü Əhliman Əmiraslanov "surroqat analıq” və sperm donorluğu ilə bağlı məsələnin gələcəkdə "Reproduktiv sağlamlığın qorunması haqqında” model qanuna salına biləcəyini bildirib. O deyib ki, Azərbaycan cəmiyyəti buna hazır olanda məsələyə baxıla bilər. Bu fikirlər ciddi müzakirəyə səbəb olub. Qeyd olunur ki, cəmiyyətlə yanaşı, İslam dini də bu məsələyə qarşıdır.

 

İlahiyyatçı Hacı Təyyar Hüseynli də Pravda.az-a açıqlamasında deyib ki, “surroqat ana” və sperm donorluğu İslam dinində günahdır.

 

“Bunu bilmək üçün çox dərin dini təhsilə ehtiyac yoxdur. “Qurani-Kərim”də buyurulur ki, yalnız nigahı olan qadın və kişi bir-birilərinə halaldırlar. İslam dinində halal olan, kəbinli cütlüklərin övlad problemi istənilən formada həll edilə bilər. Lakin sperm, embrionun donor kimi yad kişi və qadında formalaşması İslam dinində birmənalı haramdır, qəti şəkildə qadağandır, günahdır. Bunu hər kəs bilir. Düşünürəm, cəmiyyətimiz də bunu heç vaxt qəbul etməyəcək. Milli Məclisdə ali təhsilli, sosial, psixoloji – bütün sahələrdən olan mütəxəssislər var. 125 millət vəkili ətraflı müzakirələrdə, yəqin, qənaətə gələcək ki, bu, bizim cəmiyyətimiz üçün keçərli olmayacaq. Daha fərqli, alternativ çıxış yolu axtarmaq məqsədəuyğun olar”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Mart 2023, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin