BURADA REKLAMINIZ OLA
BİLƏR

Toy şənliyində qonşusunu öldürmək istəyənə cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda toy şənliyində qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Maarif Xəlilovun cinayıt işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Qeyd: Hadisə ötən ilin sentyabrında Ucar rayonu Küçəkənd kəndində baş verib.

 

Belə ki, kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.

 

Kənd sakini, 1971-ci il təvəllüdlü M.Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.

 

M.Xəlilova qarşı cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 13 Mart 2023, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin