BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikinti şirkətinin işçiləri “ağacı budayırıq” deyib, bu hala saldılar - FOTO

Abşeron rayonu Masazır qəsəbəsi, Nizami Gəncəvi küçəsində tut ağacı kəsilib.

 

Bu barədə qəsəbə sakinlərinin Pravda.az-a ünvanladıqları şikayətdə bildirilib.

 

Sakinlərin sözlərinə görə, ağacı həmin ərazidə bina tikənlər kəsib. Tikintidən çalışanlar bildiriblər ki, ağac budanıb. Qəsəbə sakinləri isə iddia edirlər ki, onlar ağacı qurudub, sonda kökündən tam çıxarmaq məqsədilə kəsiblər. Yayda həmin tut ağacının geniş kölgəsi olduğunu deyən sakinlər aidiyyəti qurumlardan məsələyə baxılmasını xahiş ediblər.

 

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli saytımıza açıqlamasında deyib ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir: “İcra hakimiyyəti ağac kəsmir. Kimsə ağac kəsibsə, ETSN cərimələyir, bizim buna səlahiyyətimiz yoxdur”.

 

ETSN-nin mətbuat katibi İradə İbrahimova isə saytımıza açıqlamasında məsələnin araşdırılacağını, nəticəsi barədə məlumat veriləcəyini bildirib.

 

Ağacın əvvəlki vəziyyətinin fotosunu da təqdim edirik:

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 13 Mart 2023, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin