BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə piyadanın ölümündə günahlandırılan sürücü ilə bağlı hökm çıxardı

Şəki Ağır Cinayətlər Məhkəməsində Şəkidə piyadanın ölümündə təqsirləndirilən Pərviz Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə ötən il iyulun 19-da Şəki-Qax avtomobil yolunun 18-ci kilometrliyində, Aşağı Göynük kəndinin ərazisində qeydə alınıb.

 

Şəki rayonunun Birinci Biləcik kənd sakini, 39 yaşlı Pərviz Xəlilov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən Şəki şəhər sakini 57 yaşlı Mehman Hacırəhimovu vurub. Qəza yerinə gələn təcili tibbi yardım heyəti tərəfindən yaralıya ilkin tibbi yardım göstərilərək Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Mehman Hacırəhimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

 

Daha sonra bu iş üzrə Pərviz Xəlilov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 13 Mart 2023, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin