BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kimsə onsuz da boş-bikar idisə, indi nədən məhrum olduğu üçün kompensasiya almalıdır ki?! - Baş redaktor

"Tam səmimi deyirəm, mənə çatmır ki, əgər pandemiya olmayan dövrdə kimsə boş-bikar evində oturmuşdusa, zatən işləmirdisə, heç nə qazanmırdısa, indi sadəcə dünyada virus yayılıb deyə, ona niyə pul verilməlidir ki?!".


Pravda.az-ın xəbərinə görə, bunu "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov deyib.


"Virus sədəqəsi paylanır?! O adamın danışmağa, istəməyə haqqı var ki, virusa görə işi pozulub, biznesi ziyan görüb - bunlar hə, bunları başa düşürəm. Və ya, o adamlar ki, müqaviləsiz, qeyri-rəsmi, günəmuzd işlərdə çalışırdılar, onların da təbii ki, haqqı çatır. Kompensasiya nəyisə itirməyin qarşılığında verilir. Əgər kimsə onsuz da boş-bikar idisə, indi nədən məhrum olduğu üçün kompensasiya almalıdır ki?! Belələrinin üzündən əsl haqqı çatanlar da qıraqda qalacaqlar bu cür getsə..." - V.Məmmədov qeyd edib.

Tarix: 9 Aprel 2020, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin