BURADA REKLAMINIZ OLA
BİLƏR

Borca verdiyi pulu tələb edəni bıçaqlayan şəxsə ağır cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qafur Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin höküm ilə o, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Qafur Səmədovun şikayətini təmin etməyib.

 

İttihama görə, hadisə 21 iyul 2021-ci il tarixdə saat 21:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

 

Belə ki, 1980-ci il təvəkllüdlü Qafur Səmədov tanışı Hafiz Həsənovun (şərti) yaşadığı evin həyətində mübahisəyə səbəb isə Hafizin ondan borca verdiyi pulu tələb etməsi olub. Eləcə də dostu və qardaşının arvadının ünvanına xoşagəlməz söhbətlər danışdığından ona irad bildirib. Nəticədə Qafur özü ilə götürdüyü mətbəx bıçağı ilə arvadının yanında xüsusi amansızlıqla arxadan onun bel nahiyəsindən qəsdən bir dəfə vuraraq xəsarət yetirib.  

 

Daha sonra Qafur Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 14 Mart 2023, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin