BURADA REKLAMINIZ OLA
BİLƏR

Daş karxanasındakı faciəyə görə günahlandırılan icarədarla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmada təqsirləndirilən Qabil Valehovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Qabil Valehov 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, Qabil Valehovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək və təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

 

İttihama görə, Qabil Valehov Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasının icarədarı olub. O, qəsəbənin Qızıl Qaya ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalına rəhbərlik edilib.

 

Qabil Valehov tərəfindən mədən işlərinin aparılmasına dair təhlüksizlik işlərinin aparılmasının kobud pozulması ehtiyatsızlıqdan fəhlə Sabir Qafarov (şərti) 27.01.2022-ci il tarixdə saat 16:00-da işdə olan zaman sağ qolu daş kəsən kombaynın sep və işlək hissələri arasında qalaraq sıxılıb. Nəticəsində fəhlənin qoltuqaltı arteriya venasının və sinir kələfinin travmatik qopması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq çox qəlpli sınığı böyük ölçüdə yumşaq toxumaların defekti, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində suptotal (tam) qopması, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində amputasiyası bərk küt əşyaların təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya səbəb olub.

 

Hadisədən sonra Qabil Valehovun barəsində Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 14 Mart 2023, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin