BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Zakir Qaralova məxsus olduğu deyilən şirkətə qarşı iddianı təmin etdi

Bakı Kommersiya Məhkəməsində "GST Company" MMC-nin tikinti şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə daxil olan “Abşeron Kərpic” MMC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, iddia təmin edilib.

 

Qeyd: "GST Company" MMC “Abşeron Kərpic” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.

 

Kamal Məmmədov

Tarix: 14 Mart 2023, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin