BURADA REKLAMINIZ OLA
BİLƏR

Ət kombinatından 80 tondan artıq ət oğurlayan şəxslərdən xəbər var

Abşeronda ət kombinatından 80 tondan artıq ət oğurlamaqda təqsirləndirilən Məhəmməd Yaşarlı, Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə və Orxan İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Hadi Əliyevin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Zərərçəkmiş qismində "Abşeron Treyd" MMC tanınır.

 

Qeyd: Daxili İşlər Nazirliyinin (DİN) ötən il yaydığı məlumata görə, naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar. Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub. Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı Məmmədovun köməkliyi ilə yenidən ət kombinatından oğurluq edilməsini təşkil edib. Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək edən adı sadalanan şəxslər oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar. Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməkliyi ilə satıb.

 

Kamal Məmmədov

Tarix: 14 Mart 2023, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin