BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: Vaxtilə ölkənin ən üstün ali təhsil müəssisəsinin aparıcılığından əsər-əlamət qalmayıb

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır" fikirləri çox gülüncdür. Bu, bir təhsil müəssisəsinin, xüsusilə ölkənin aparıcı təhsil müəssisəsin rəhbərinə yaraşmayan açıqlamadır.

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

 

“Digər tərəfdən təəccüblənmirəm. Məhz belə yanaşmanın nəticəsidir ki, bu gün bizim ali təhsil müəssisələrimizdə, o cümlədən Bakı Dövlət Universitetində tədrisin vəziyyəti bu səviyyədədir. Vaxtilə ölkənin ən üstün ali təhsil müəssisəsinin aparıcılığından əsər-əlamət qalmayıb. Mən, sadəcə, susmağı üstün tuturam...”, - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin