BURADA REKLAMINIZ OLA
BİLƏR

"Soliton"un yaxınlığındakı ağır qəza ilə bağlı cinayət işi açıldı

Bakıda piaydanının ölümü ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 14-ü saat saat 00:30-da paytaxtın Sabunçu rayonu, Zabrat qasəbəsi, "Soliton" mağazasının yaxınlığında qeydə alınıb.

 

Belə ki, Vahabov Anar Yaşar oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçən piyada - Əliyev Sübhan Ağamehdi oğlunu vurub. Nəticədə piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

 

Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix: 14 Mart 2023, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin