BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: “Hər kəs ağızdakı mayenin xaric olunmasından tutmuş, digər müəyyən etik qaydalara əməl etməlidir…”

Tanınmış psixoloq Gülər Məmmədova ictimai yerlərdə nümayişkəranə şəkildə tüpürənlərə cərimə tətbiq edilməsi ilə bağlı təklifə münasibət bildirib.

 

G.Məmmədova Pravda.az-a açıqlamasında deyib ki, bir mütəxəssis olaraq inzibati qaydalarla bağlı cərimələrin təşkil olunmasına çox müsbət rəy verir.

 

“Əslində, hər bir insan küçədə gəzərkən, ətrafından qadınlar keçərkən nalayiq ifadələrdən istifadə etməsindən, ağızdakı mayenin xaric olunmasından tutmuş, digər müəyyən etik qaydalara əməl etməlidir. Bu, insanın həm gigiyenasına xarakterik xüsusiyyətdir, həm də insanın şəxsi keyfiyyətlərindən xəbər verir – bunlar idarə olunmalıdır. İnsan onu əhatə edən mühiti təmiz saxlamırsa, deməli, onun öz daxilində təmizlik yoxdur və o, daxili gigiyenası ilə məşğul olmur. Ona görə də nizamlanmanın olması, davranış qaydalarına riayət etmək üçün bu qaydaların pozulmasına görə tətbiq edilən cərimələr birmənalı labüd hesab edilməlidir. Belə olan təqdirdə insanlar öz nalayiq hərəkətləri ilə hesablaşmalı olacaqlar. Nəsildən-nəsilə ötürülən bu jestlər qadağadan, cərimədən sonra müəyyən qədər tərbiyə oluna bilər. Yanınızda azyaşlı uşaq gedərkən həmin uşağın qaydalardan xəbəri varsa, artıq məktəb yaşı dönəmində - bağçada bunlar izah olunursa, uşaq da dili ilə ifadə edəcək ki, “ay ata, yaxud ay baba, bu kimi hərəkətləri etmək qanunaziddir, cərimə oluna bilərsən”. İlk növbədə azyaşlı uşaqlara bağça, məktəb yaşından etik qaydalar barədə tövsiyələr edilməlidir ki, nəzakətsiz davranışlardan uzaq yeni nəsil yetişsin”, - psixoloq bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2023, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin