BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən "London taksi"sinin sürücüsünün məhkəməsi başlayır

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Rəfail Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən ilin martında paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar - 1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.

 

Hər iki piyada xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Daha sonra Rəfail Qəhrəmanov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 15 Mart 2023, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin