BURADA REKLAMINIZ OLA
BİLƏR

Ləğv prosesində olan bank "AAAF İnşaat" şirkətini məhkəməyə verdi

Ləğv prosesində olan “Texnikabank” ASC "AAAF İnşaat" MMC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, “Texnikabank” zaminlik müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Nərmin Əhmədovanın icraatına verilib.

 

Maraqlı şəxs qismində Vahabova Təranə Əhməd qızı göstərilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: “Texnikabank” ASC-nin lisenziyası 2016-cı il fevralın 10-dan ləğv edilib.

 

Kamal Məmmədov

Tarix: 15 Mart 2023, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin