BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qəza törədən polis məhkəmə qarşısında

Bakıda yol qəzası törətməkdə təqsirləndirilən Emil Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə 2022-ci il dekabrın 30-u saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonunun Qobustan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

 

Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib.

 

Xatırlatma: Qəza törədən sürücü Emil Əsədullayev Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantıdır.

 

Faktla bağlı cinayət işi başlanılıb, daha sonra o, saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 16 Mart 2023, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin