BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdı

Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən Azər Dadaşovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 30-na təyin edilib.

 

Qeyd: 2022-ci il dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Azər Dadaşov şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 16 Mart 2023, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin