BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana qanunsuz keçən əcnəbiyə ağır cəza verildi

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı V.V.-nin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, Əfqanıstan vətəndaşı, 2004-cü il təvəllüdlü V.V. işləmək məqsədi ilə 6 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunları (SQ) “N” saylı hərbi hissənin Astara rayonu ərazisində yerləşən sərhəd zastavasının sahəsindən İrandan Azərbaycana keçib. Daha sonra o, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10 noyabr 2022-ci il tarixdə DSX-nin SQ-nın “N” saylı hərbi hissəsinə təhvil verilib.

 

V.V. məhkəmədə ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 16 Mart 2023, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin