BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda qanlı cinayət törədən şəxsə hökm oxundu

Ağdaş Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Səbuhi Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nizam Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: Hadisə 12 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Ağdaş rayonunun Malay kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Səbuhi Abdullayev həmin kənddə baş tutan toy məclisi zamanı zərərçəkmiş 1993-cü il təvəllüdlü Alim Alcanovun onun qohumuna baxmasını bəhanə edib O, çadırın yaxınlığında zərərçəkmiş şəxsin qəflətən üzərinə hücum edib, bıçaqla onun ayaq və gövdəsinin sol yan nahiyəsinə qəsdən iki dəfə vurub. Nəticədə Səbuhi Abdullayev Alim Alcanova xəsarət yetirib.

 

Daha o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

 

Səbuhi Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, Vətən müharibəsi iştirakçısı olduğunu, 2 rumka spirtli içki-araq qəbul etdiyini söyləyib.

 

Kamal Məmmədov

Tarix: 16 Mart 2023, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin