BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Əməkdar rəssama qarşı dələduzluq edən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Ələddin Atakişiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələddin Atakişiyevin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

 

İttihama görə, əməkdar rəssam Yelena Haqverdiyeva dövlət qurumlarındakı sənədləşmə işlərini pul qarşılığında həll edə biləcəyini deyən Ələddin Atakişiyev tərəfindən aldadılıb.

 

Yelena Haqverdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi üçün Atakişiyevə 15 min manat verib. Ələddin Atakişiyev həmin pulu mənimsəyərək dələduzluq edib.

 

Ələddin Atakişiyev eyni əməli daha 6 nəfərə (İdris Əliyev, Qasım Dadaşov, Rüfət Muradov, Çingiz Adıgözəlov, Rafiq Orucov və Kərim Cəfərov) qarşı törədib.

 

Qeyd: 1997-ci ildən Rəssamlar İttifaqının üzvü olan Yelena Haqverdiyeva 2018-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb.

 

İstintaq orqanı tərəfindən Ələddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 17 Mart 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin