BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəssabı öldürən şəxsdən xəbər var

Biləsuvada həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Cavad Kazımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 30-na təyin edilib.

 

Qeyd: Hadisə ötən il dekabrın 8-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndindəki küçələrdən birində baş verib.

 

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək onu yaşadığı evin yaxınlığına çağırıb.

 

Daha sonra qısqanclıq zəminində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.

 

Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərib.

 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Məlumata görə, hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib. O, intihardan öncə yazdığı məktubda həmkəndlisi Mehtun Qarayevə görə bu addımı atmağa məcbur olduğunu yazıb. Həmin məktub qızın üzərində tapılıb. Bundan sonra iki ailə arasında düşmənçilik yaranıb. Hadisədən 8 il sonra Cavid Kazımov bacısının qisasını almaq qərarına gəlib.

 

Kamal Məmmədov

Tarix: 17 Mart 2023, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin