BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 2 qadının ölümünə səbəb olan sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Seymur Abıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

 

Hökm və ya qərar tamamilə ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Seymur Abıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsindəki polis nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib.

 

Qeyd: Hadisə 2021-ci il Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də qeydə alınıb.

 

1980-ci il təvəllüdlü Abıyev Seymur Abı oğlu idarə etdiyi "Ford Transit" markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Güləliyev Mehman Telman oğlunun idarə etdiyi "Howo" markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq toqquşub.

 

Qəza nəticəsində "Ford" markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı, 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı ölüb, 1960-cı il təvəllüdlü Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alıb.

 

Kamal Məmmədov

Tarix: 17 Mart 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin