BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Rəhimov: “Sürət həddinin 20 kilometr-saat endirilməsi qəzaların azalmasına səbəb olacaq”

“Sürətli yollarda sürət həddi 110 kilometr-saatdan 90-a qədər azaldılıb. “Yol hərəkəti haqqında” qanunda deyilir ki, şəhər içində yol avtomagistral deyilsə, maksimal sürət 90 ola bilər. Sürət həddinin 20 kilometr-saat endirilməsi qəzaların azalmasına səbəb olacaq. Amma maarifləndirmə işi də aparmaq lazımdır. Çünki bəzi sürücülər bundan narazıdırlar. Halbuki sürətin azaldılması onların birinci növbədə təhlükəsizliklərinə xidmət edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat üzrə eskpert Aqil Rəhimov deyib.

 

“Yollarda sürət həddinin 10-20 kilometr azaldılmasının tam tərəfdarıyam. Çünki son aylarda ağır qəzaların, piyada vurulması sayının artması müşahidə olunur. Belə hadisələrin 99%-i yüksək sürətlə əlaqədardır. Buna görə Avropa ölkələrində də şəhər daxilində normal sürət 45-50 kilometr-saat icazə verilir. Hesab edirəm, dar küçələrdə sürət 50 kilometr-saatdan artıq olmamalıdır”, - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 17 Mart 2023, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin