BURADA REKLAMINIZ OLA
BİLƏR

Dörd nəfəri qətlə yetirən şəxsin məhkəməsi başlayır

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən il dekabrın 2-də rayon ərazisində qeydə alınıb.

 

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

 

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

 

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Daha sonra F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 18 Mart 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin