BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücüyə hücum edən şəxslərin istintaqı başa çatdı

Ucarda quldurluq etməkdə təqsirləndirilən Əhmədov Elxan Yalçın oğlu, Məcidov Əbdürrəhim İlqar oğlu və İbrahimov Əli Saday oğlunun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 30-na təyin edilib.

 

Qeyd: Hadisə ötən ilin dekabrında Ucar şəhərinin Oğuz küçəsində baş verib. Şəhər sakini Əliyev Vüqar Qasım oğlu polisə müraciətində bildirib ki, avtomobilinin yük yerinə 7 min manat dəyərində qızıl üzüklər olan çantanı qoyarkən 2 nəfər tibbi maskalı naməlum şəxs ona yaxınlaşıb. Həmin şəxslər çantanı tələb ediblər.

 

V.Əliyev imtina etdikdə isə ona xəsarət yetiriblər və avtomobilin şüşəsini sındıraraq qaçıblar.

 

İstitnaq əməliyyat tədbirləri ilə quldurluğun Ucar şəhər sakinləri 20 yaşlı Əhmədov Elxan Yalçın oğlu, 17 yaşlı Məcidov Əbdürrəhim İlqar oğlu və 19 yaşlı İbrahimov Əli Saday oğlu tərəfindən törədilməsi müəyyən edilib.

 

Faktla bağlı 3 maddə ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 18 Mart 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin