BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda general istefa verdi - FOTO

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.

 

Pravda.az-ın xəbərinə görə, F. Cavadov öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.

 

Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təqdimat verib. Sözügedən vəzifə Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərova həvalə edilib.

 

Qeyd: F. Cavadov eyni zamanda Mərkəzi Seçki Komissiyasının üzvüdür.Qafqazinfo

Fotoları təqdim edirik
Tarix: 10 Aprel 2020, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin