BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov Bəxtiyar Hacıyevin Prezident İlham Əliyevə yazdığı məktubdan danışdı: “Məhkəmənin hökmünü gözləmək lazımdır” - FOTO

“Sosial şəbəkələrdə Bəxtiyar Hacıyevlə bağlı fikirlər haçalanır: Bir qisim düşünür ki, o, əfv edilməlidir, digərləri də onun cəzasını çəkməsinin tərəfdarıdır. Bəxtiyar Hacıyevlə bağlı məhkəmənin hökmü olmalıdır, qərardan asılı olaraq bu məsələlərin müzakirəsi daha predmetli ola bilər. Bilirsiniz ki, əfvedilmə səlahiyyəti cənab Prezidentə aiddir. Əfvə də hər məhbus düşə bilməz. O insanlar əfv edilir ki, həbsxana həyatında nümunəvi olur, qanun-qaydalara əməl edir, bundan əlavə, ailə vəziyyəti də nəzərə alınır, ona görə də bu məsələdə tələsmək lazım deyil”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

 

Deputat Bəxtiyar Hacıyevlə bağlı məhkəmənin hökmünün gözlənilməsini tövsiyə edib: “Çünki hökm olmadan müzakirələr məna kəsb etmir. Məhkəmənin hökmü ilə onun hansısa müddətədək cəzalanması baş verəcəksə, ondan sonra müəyyən fikir söyləmək olar”.

 

Nadir

Fotoları təqdim edirik
Tarix: 19 Mart 2023, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin