BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin düşərək tapılan 4 nəfər ailəsinə təhvil verildi, ekspertiza təyin olundu

Yevlaxda itkin düşərək tapılan 4 nəfər ailəsinə təhvil verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, martın 20-də Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Ərəş kənd sakinləri - 2009-cu il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlunun yeri müəyyən edilərək valideynlərinə təhvil verilib.


Quliyeva Sona Səyyaf qızına və Musayeva Aysu Nəsimi qızına qarşı zor tətbiq edilib-edilməsini müəyyən etmək məqsədilə müvafiq məhkəmə tibbi ekspertizası təyin olunub.

 

Onlar 8-ci sinif şagirdləri olub. Evdən bayram şənliyinə getmək adı ilə çıxıblarmış.


Fakt üzrə Yevlax RPŞ-də araşdırılma aparılır.

 

Kamal Məmmədov 

Tarix: 21 Mart 2023, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin