BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi: Erməni hərbçinin əsir götürülməsi barədə Ermənistanın yaydığı məlumat yalandır

Erməni hərbçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.


Bu barədə Pravda az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


"Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır", - nazirliyin məlumatında qeyd olunub.

Tarix: 21 Mart 2023, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin