Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Respublikanın Əməkdar rəssamı, ali məktəb müəllimi, tanınmış ziyalı Rais Azər oğlu Rəsulzadə ilə görüş keçirilib.
Pravda.az-ın məlumatına görə, görüşün əsas mövzusu Rəsulzadə ailəsinin yadigarı, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan 100 illik tarın bərpası və təqdimatı olub.
Görüşdə bildirilib ki, M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə məxsus olan bu tarın çanağının daxilində "1917" yazılıb: "Görünür, tar həmin ildən Məhəmməd Əmin Rəsulzadədə olub və sonra kiçik oğlu Azər bəyə yadigar qalıb. Tar Azər Rəsulzadənin vəfatından - 1993-cü ildən indiyə qədər çalınmadığı üçün təmirə ehtiyaclı olub. Rais müəllim tar haqqında görkəmli ifaçı və yaxın dostu Ramiz Quliyevə məlumat verəndən sonra, özünün xahişi ilə tarın təmiri-bərpası Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında həyata keçirilib. Alət laboratoriyanın təmir-bərpa sexinin təcrübəli ustası Musa Mahmudov tərəfindən oktyabr-noyabr aylarında yüksək keyfiyyətdə təmir olunub. Artıq alət ifa üçün tam yararlı vəziyyətdədir: "Rəsulzadələr ailəsinin müqəddəs yadigarı olan bu tarın təqdimat mərasimində onun səsini, "ürək sözlərini" dinləyəcəyik".
Tədbirin ən maraqlı və təsirli məqamı Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı kimi görüşdə "iştirak edən" qədim tarın uzun illərdən sonra ilk dəfə səslənməsi olub. R.Quliyev tərəfindən tarda ustadanə ifa olunan "Bayatı-Şiraz" muğamı və "Bu dünyadan" mahnısı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Sonra R.Quliyev 1955-ci ildə özünün ilk dəfə çaldığı tarın mizrabını R.Rəzulzadəyə bağışlayıb və xahiş edib ki, mizrab həmişə bu yadigar tarın üzərində saxlanılsın: "Mən sənət yoluna ilk dəfə bu mizrabla qədəm qoymuşam. Onu indiyə qədər əziz bir xatirə kimi qorumuşam. Amma bu gün həyatımın bu əziz xatirəsini Rəsulzadənin tarına bağışlayıram. Mən fəxr edərəm ki, bu yadigar tar həmişə elə bu mizrabla da çalınsın".
Rais Rəsulzadə çıxışında ailəsindən yadigar qalan tarın tarixçəsi haqqında məlumat verib: "Bu tar ailəsimizin ayrılmaz, əziz üzvüdür. Hətta vaxtilə Gəncə həbsxanasına da düşüb".
R. Rəsulzadə məlumat verib ki, atası Azər bəy 1937-ci ildə öz anası Ümbülbanu xanımla Qazaxıstana sürgün olunanda 16 yaşı vardı: "Özləri ilə çox şey götürməyə icazə verilmədi. Azər bəy özü ilə yalnız bu tarı götürdü. Tar onunla birlikdə ömrünün sonunacan siyasi sürgündə yaşadı. Atam deyirdi ki, bu tar onun ən yaxın qəlb sirdaşıdır. Tar vətəndən uzaqlarda onun üçün yeganə vətən yadigarı və həmdəmi idi. Hər dəfə tarı sinəsinə alıb dilləndirəndə həm şərəf duyurdu, həm də həsrət yanğısı keçirirdi. Bu tarın səsi onun üçün xalqın səsi, vətənin bir parçası demək idi. Azər bəy 1993-cü ildə qürbətdə dünyasını dəyişdi. Mən ailəmin sürgün həyatı yaşadığı Karaqandadan qayıdanda bu tarı özümlə vətənə gətirdim. İndiyə qədər onu ailəmizin əziz yadigarı kimi və atamın sürgün həyatının, məşəqqətli vətən həsrətinin şahidi kimi qoruyuram Bu tar atam Azər bəydən mənə qalan müqəddəs bir dəyərdir, tarixi yadigardır. Mən çox şadam ki, atamın vəfatından sonra təmirə ehtiyaclı vəziyyətə düşən, uzun illər dillənməyən bu tarı dahi Üzeyir bəyin adını daşıyan məşhur təhsil və sənət ocağında - Bakı Musiqi Akademiyasında çox yüksək səviyyədə təmir etdilər, onu yenidən ifa etmək üçün yararlı vəziyyətə gətirdilər".
Tədbirdə Rəsulzadələr ailəsi haqqında araşdırmaların, kitabların müəllifi, yazıçı-jurnalist, şairə Nəcibə Bağırzadə Azər Rəsulzadənin həyat səhifələrindən maraqlı məlumatlar verib. Azər bəyin rəssamlığından, sənətə marağından, əsərlərinin taleyindən, vətənpərvərliyindən danışıb. Arxiv araşdırmalarından əldə etdiyi faktları diqqətə çatdırıb. Bildirib ki, Azər bəyin ən çox sevdiyi və ifa etdiyi muğam “Bayatı-Şiraz” idi: "Həmin tar, həmin muğam... Bu gün burada Bayatı-Şirazı dinləyəndə düşündüm ki, həmin tarın səslənməsi də, həmin muğam da Məhəmməd Əminin övladı Azər bəyin ruhuna böyük ehtiramımızı ifadə etdi. Bəlkə bu tarın sədasını, onun bağrından qopan Bayatı-Şirazı Azər bəyin nigaran ruhu da eşitdi və şad oldu. Bu tarda Azər bəyin özünün, atası Məhəmməd Əminin, anası Ümbülbəyimin sığalı, əllərinin izi qalıb. Mən usta Musanın təmir haqqında məlumatını dinləyəndə bir sözündən çox təsirləndim. Dedi ki, tarda çatlar var idi. Mənə elə gəlir ki, o çatlar illər boyu boş yerə tara düşməyib və əslində, o çatların mənası bir başqadır. Onlar Rəsulzadə ailəsinin, övladlarının, nəslinin ürək çatlarıdır. Onların qəlbinin ağır siyasi, mənəvi təzyiqlərdən aldığı çatlardır... Azər bəy qürbətdə bu tarla nəfəs alıb. Bu tar Azərbaycan Xalq Cümhuriyyətinin, azadlıq ideyalarının tərcümanıdır. Mən bu ailənin həyatını dərindən öyrəndikcə bilmişəm ki, Azər bəy necə bir istedadlı şəxsiyyət, vətənpərvər ziyalı olub. Kim bilir ağır həyat şəraiti, vətən ayrılığı, çətin maddi və mənəvi durum onun nə qədər arzularını, istedadlı işlərini yarımçıq qoyub... Yaxşı olardı ki, gənclər tariximizlə yaxından maraqlansınlar, şəxsiyyətlərimizi daha yaxşı tanısınlar".Modern.az
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
Ən son xəbərləri səhifəmizdən də izləyin