BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda "Prius"la pakistanlının mopedi toqquşdu, əcnəbi xəsarət aldı

Bakıda avtomobillə moped toqquşub, pakistanlı xəsarət alıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfizadə və Sarayevo küçələrinin kəsişməsində qeydə alınıb.


Belə ki, 2000-ci il təvəllüdlü Səfərli İlkin Elmar oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Pakistan vətəndaşı, 2002-ci il təvəllüdlü Abdul Vahab Vasifin idarə etdiyi moped toqquşub. Nəticədə əcnəbi xəsarət alaraq 3 saylı şəhər klinik xəstəxanasına müraciət edib.


Faktla bağlı Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparılır.

 

Kamal Məmmədov 

Tarix: 22 Mart 2023, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin