BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: Üçüncü ildir, bu müqəddəs ayı qalib xalq olaraq qarşılayırıq

"Müqəddəs Ramazan ayının gəlişi münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Uca Allah tutduğunuz bütün orucları, etdiyiniz ibadətləri qəbul etsin. Xalqımız daim əmin-amanlıqda və firavanlıqda yaşasın, dövlətimiz qüdrətli, Ali Baş Komandanımız və rəşadətli ordumuz hər zaman müzəffər olsun".


Pravda.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.


A.Əliyev qeyd edib ki, artıq üçüncü ildir, bu müqəddəs ayı qalib xalq olaraq qarşılayırıq: "Bizə möhtəşəm Qələbə bəxş edərkən canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbr və qazilərimizə şəfa diləyirəm".

Tarix: 23 Mart 2023, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin