BURADA REKLAMINIZ OLA
BİLƏR

“07” ağaca çırpıldı

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün saat 21:50 radələrində Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

 

23-BL-046 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

 

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların adları hələ ki, məlum deyil. Onların Göyçayın Ləkçiplaq kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.APA

 

Tarix: 27 Noyabr 2019, 22:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin