BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Qanunsuz erməni silahlılarının Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində səngər qazmasının qarşısı alınıb

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Tarix: 25 Mart 2023, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin