BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquq müdafiəçisi Dövlət Gömrük Komitəsinə səsləndi: “Pul alırsınız, hətta içərisində rüsum da var”

Gömrük əməkdaşları özlərinə əl qatıb ki, aeroportda aşkarlanan mallar gömrükdən yayındırılıb və bu filan qanunvericiliyin filan maddəsinə ziddir. Əlbəttə, düz söhbətdir. Elə o normanı da Səfər Mehdiyev qəbul etdirmişdi. Olsun. Amma insanlarda qıcıq yaradan başqa şeydir, ay hörmətli gömrükçülər. İnsanlarda sual yaranır ki, hörmətli gömrükçülər bu qədər ayıqdırsa, qeyri-rəsmi "azad iqtisadi zonalar" -"Sədərk", "Binə" və sair "Duty Free"lər necə əmələ gəlib? Ora mallar göydən tökülür bəlkə. Bəs onları niyə "görmürsüz"?

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

 

S.Məmmədov qeyd edib ki, gömrükdən yayınan malların dəyəri milyardlarla ölçülür: “Xəbəriniz yoxdur? Başınız çamadanlara qarışıb konteynerlər və TİR-lər də o yana gedir-bu yana gedir. Amma pul da alırsınız. Hətta içərisində rüsum da var”.

Tarix: 26 Mart 2023, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin