BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqşin Yenisey: “Ruslar Azərbaycan dilinin köpək dişlərini çıxarıblar”

Azərbaycan dilində bədii üslub yaratmaq çətin məsələdir. Çünki ruslar (imperiya siyasəti) dilimizin öz üslubunu zədələyiblər.

 

Pravda.az-ın xəbərinə görə, bunu şair Aqşin Yenisey deyib.

 

A.Yenisey qeyd edib ki, ruslar Azərbaycan dilinin köpək dişlərini çıxarıblar: “Ona görə də bizim dil mövzunu qoca kimi ya əng dişləri ilə əzib diri-diri udur, ya da qabaq dişləri ilə çeynə-tüpür edib həzmə göndərir. Azərbaycan yazıçısının üslubu özünün deyil, oxucunun beynində, oxucunun xəlvətində, gizlinində yaranır. Bu dilin köpək dişləri yenidən çıxmalıdır. Üslubu yaradan dilin köpək dişləridir, yəni ifadələrin konkretliyi, sərrastlığı. Bu olmadığı üçün bədii əsərlərimizin böyük əksəriyətinin üslubu çorəyi adi suda isladıb damağı ilə çeynəyən qocanın miskinliyini xatırladır”.

Tarix: 11 Aprel 2020, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin