BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsgərlikdən yeni gələn şəxs 3 at oğurladı, elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Həsən Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində “Herba Flora” şirkətin yaxınlığında yerləşən mişar daşı ilə hasarlanmış qapısı olmayan boş sahədə qeydə alınıb.

 

Belə ki, 2002-ci il təvəllüdlü Həsən Quliyev zərərçəkmiş Qəfər Qəfərova (şərti) məxsus ümumilikdə 4500 manatlıq 3 ədəd atını oğurlayıb.

 

Məhkəmə baxışında Həsən Quliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, valideynləri ilə birlikdə xalasına məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Heç bir yerdə işləmir və hadisədən əvvəl hərbi xidmətdən 3 ay müddətdir ki, gəlibmiş.

 

Kamal Məmmədov

Tarix: 27 Mart 2023, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin