BURADA REKLAMINIZ OLA
BİLƏR

Razi Nurullayev: “Üzrxahlıq gözləməyə davam edirəm…” - Bulvar İdarəsi deputata cavab verdi

“Müxtəlif yerlərdən mənə zənglər oldu. Amma həmin insanların bu məsələyə aidiyyatı yoxdur. Bulvar İdarəsindən mənə nə zəng, nə də üzrxahlıq edilib. Nəyə görə Bulvarda jurnalistə müsahibə verməyimə icazə verilməməsi ilə bağlı heç bir izahat da olmayıb. Hələ də gözləyirəm. Şükür Allaha, heç nəyimiz olmasa da, səbrimiz boldur, gözləməyə davam edirəm…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.

 

Deputat Bulvar İdarəsi tərəfindən ona edilən hörmətsizliyə bir daha etirazını bildirib: “Heç cür qəbul edə bilmərəm ki, hansısa ayrı-ayrı insanların günahı ucbatından Azərbaycanın imicinə zərbə dəysin, Azərbaycanın adı insan hüquq və azadlıqları baxımından pis səsləndirilsin, kimlərinsə günahı ucbatından Azərbaycan vətəndaşları əziyyət çəksin. Bu, mənim üçün qəbuledilməzdir. Özümdə haqlı sual yaranır. İnsanlar mənə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü kimi müraciət edirlər ki, onların hüquq və azadlıqlarını qoruyum, kömək edim. Komitə olaraq əlimizdən gələni edirik. Məncə, parlamentin İnsan hüquqları komitəsi çox yaxşı işləyir, xeyli insanı qəbul edir, müxtəlif insanlarla bağlı fərdi görüşlər keçirilir, danışılır. Haqqı demək lazımdır ki, komitə sədri Zahid Oruc da bu sahədə çox ciddi işlər ortaya qoyur. Amma İnsan hüquqları komitəsinin üzvünün bu şəkildə insanların gözü qarşısında aşağılanması qəbuledilən deyil. Bu günə qədər heç bir izahat verilməməsi, üzrxahlıq edilməməsi də qəbuledilməzdir”.

 

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva isə Pravda.az-a açıqlamasında deyib ki, deputat Razi Nurullayevin Novruz bayramı tətili günlərində Ağ Şəhər Bulvarında verdiyi müsahibəsinə heç bir qadağa qoyulmayıb: “Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən müsahibə üçün lazımi şərait yaradılıb”.

 

Aytəkin Qardaşova

Tarix: 27 Mart 2023, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin