BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sədərək”də mağazaya basqın edən şəxsin istintaqı yekunlaşdı

"Sədərək” ticarət mərkəzində mağazaya basqın etməkdə təqsirləndirilən Elnur Əmənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Elnur Əmənov “Sədərək” ticarət mərkəzində mağazaya basqın edib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 27 Mart 2023, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin