BURADA REKLAMINIZ OLA
BİLƏR

ATV bu şirkəti məhkəməyə verdi

"Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası (ATV) "TİVİ Media" ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə ATV Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, televiziya kanalı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 28 Mart 2023, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin